BDU-da 15 tələbə imtahan zalından qovulub
Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Onun sözlərinə görə, tələbələr imtahan keçirilən zallarda kameraların quraşdırıldığını və koordinasiya nəzarəti olduğunu bildiyindən, neqativ hallara meylli görünmür: “Ancaq hər gün 1-2 neqativ hal – köçürmə və s. baş verir və nəticədə buna yol verən tələbələr aktlaşdırma ilə auditoriyadan çıxarılır”.
P.İbrahimova həmin tələbələrin işi ilə BDU-da imtahanın keçirilməsi ilə bağlı yaradılmış qərargahın məşğul olacağını deyib: “Qərargah onların işinə aydınlıq gətirəcək. Həmin tələbələr müvafiq imtahandan qeyri-müvəffəq qiymət almış sayılırlar. Onlar növbəti kursa keçməyəcək, kursda qalacaqlar. Universitetdən xaric olunma halları da istisna edilmir”.
Qeyd edək ki, BDU-nun əyani şöbəsində qış imtahan sessiyası yanvarın 6-da başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə keçiriləcək. Tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb.

1239