7-11-ci sinif şagirdlərinin vahid məktəbli forması
Bu gün Bakı məktəblərində vahid məktəbli formasının seçimi ilə bağlı yekun qərar elan olunub. Lent.az-ın verdiyi məlumata görə, Bakı məktəblərində vahid məktəbli forması Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan mətbuat konfransında nümayiş etdirilib.
Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, 1-4-cü siniflər üçün forma builki tədris ilinin sentyabr ayında müəyyən olunub. Hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərinin 90 faizindən çoxu tədris prosesinə vahid forma ilə gəlir.
Zəminə Əliqızı deyib ki, artıq yuxarı sinif şagirdləri üçün də vahid məktəbli formasının seçim forması başa çatıb. Vahid məktəbli formasının seçim prosesində Valideyn-Müəllim Assosiasiyası da iştirak edib. İlkin nəticələrə görə, 7-11-ci sinif şagirdlərinin vahid məktəbli forması 1-4-cü sinif şagirdlərinin vahid məktəbli formasından fərqli olacaq.
Beləliklə, Bakının orta məktəblərində 2011-2012-ci tədris ilindən etibarən bütün sinifləri əhatə etməklə, 2 formada vahid məktəbli geyimi tətbiq olunacaq.
Zəminə Əliqızı qeyd edib ki, 7-11-ci sinif şagirdləri üçün vahid məktəbli forması əvvəlkindən xeyli fərqlənir. Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə 340 min şagird təhsil alır və növbəti tədris ilində onların hamısı yeni məktəbli forması ilə təmin olunacaq.
Mətbuat konfransında iştirak edən Bakı Tikiş Evinin rəhbəri Fəzail Rəhimov rəhbəri olduğu fabrikin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifariş etdiyi formaları keyfiyyətli parçalardan istifadə edərək hazırlayacağını və bu ilin sentyabrın 15-dək məktəblərə çatdıracağını söyləyib. Məktəbli formalarının satışı məqsədi ilə Bakı şəhərinin ən 10-12 məntəqəsində satış mərkəzləri yaradılacaq. Fəzail Rəhimov məktəbli formalarının qiyməti ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manata satılacaq.
Elxan Salahov

7841