Əli Abbasov İslamabada gedir
11 yanvar 2011 17:17 (UTC +04:00)

Əli Abbasov İslamabada gedir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) Baş Assambleyasının növbəti 14-cü toplantısında iştirak etmək üçün 11-13 yanvar tarixlərində Pakistanın İslamabad şəhərində səfərdə olacaq.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, toplantı Pakistan İslam Respublikasının prezidenti, İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin sədri Asif Əli Zərdarinin sədrliyi ilə baş tutacaq.


Xatırladaq ki, Azərbaycan Respublikası Daimi Komitənin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə Komitəsinin ötən ilin mart ayında Ər-Riyad şəhərində keçirilmiş növbəti toplantısı çərçivəsində komitə üzvləri son illər Azərbaycanda yüksək texnologiyalar və süni peyk sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq, Azərbaycanı alternativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib. Baş Assambleyanın açılış mərasimində nazir Əli Abbasov Azərbaycanda İKT, elm, texnologiya sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlı çıxış edəcək, Regional İnnovasiya Zonası, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihələri haqqında məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar