Orta məktəblərdə sınaq imtahanları başlayır
Təhsil Nazirliyi gələn aydan Azərbaycanın bütün ümumtəhsil məktəbləri və peşə liseylərində sınaq imtahanlarına başlayacaq. Nazirliyin monitorinq və qiymətləndirmə şöbəsindən Lent.az-a verilən məlumata görə, yoxlama imtahanlarının məqsədi mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaqdır. Sınaq imtahanları, həmçinin şagirdlərin mərkəzləşdirilmiş buraxılış imtahanlarına daha yaxşı hazırlaşmaları üçün şərait yarada bilər.
Nazirlikdə bildirirlər ki, ümumtəhsil məktəbləri və peşə liseylərində yoxlama imtahanları 2011-ci il fevralın 13-dən aprelin 17-dək keçiriləcək. İmtahanlar paytaxt Bakı və bir neçə region üzrə bölünməklə mərhələlər üzrə təşkil olunacaq.
Xatırladaq ki, bu il Bakının orta məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları iyunun 17-dən etibarən keçirilməyə başlayacaq. Regionlarda isə bu imtahanlar 2-16 iyun tarixləri arasında təşkil olunacaq. Peşə liseylərində imtahanlar 2011-ci il 24 aprel tarixində keçirilməyi nəzərdə tutulur.
Elxan SALAHOV

685