AMEA alimi İranda mühafizəkar-islahatçı qarşıdurmasını araşdırıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri, tarix elmləri namizədi Vidadi Mustafayevin “İran İslam Respublikasında hakimiyyətdaxili münasibətlər” (mühafizəkar-islahatçı qarşıdurması) 1976-2005-ci illər” kitabı çapdan çıxıb.
Lent.az-ın AMEAnın rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabda qeyd olunur ki, İranda 1978-1979-cu illər inqilabı zamanı monarxiyaya qarşı birləşmiş siyasi qüvvələr arasında inqilabın qələbəsindən sonra başlanan siyasi hakimiyyət uğrunda mübarizə sol-radikal və sağ-liberal qüvvələrin siyasi səhnədən uzaqlaşdırılması ilə hakim siyasi elita daxilində davam edib və mühafizəkarlarla islahatçılar arasında qarşıdurma kimi təzahür edib.
Kitabda islahatçılıq, mühafizəkarlıq anlayışları, İranda islahat tarixi, İran İslam Respublikasında islahatçı və mühafizəkar adlanan siyasi qüvvələri və onların qarşılıqlı münasibətlərinin əsas cəhətləri nəzərdən keçirilir.

658