Sabah həkimlərin növbəti imtahanıdır
11 yanvar 2011 10:49 (UTC +04:00)

Sabah həkimlərin növbəti imtahanıdır

Sabah həkimlərin sertifikasiyası məqsədilə növbəti test imtahanları keçiriləcək.

Səhiyyə Nazirliyinin Lent.az-a bildiriblər ki, sabah 3 tibb sahəsi üzrə həkim—mütəxəssislərin biliyi yoxlanılacaq. Belə ki, nazirliyin əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq, yanvarın 12-də anestiziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə praktik tibb fəaliyyəti göstərən həkimlər imtahan verəcək.

Xatırladaq ki, imtahanlar saat 10.00-da başlayır və 3 saat ərzində həkimlərə 100 sual təqdim olunur. Bu suallardan ən azı 60-a düzgün cavab verənlər ikinci mərhələyə – müsahibəyə buraxılır.

İlk test imtahanları yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar