Quba və Qusara qar yağdı
11 yanvar 2011 10:03 (UTC +04:00)

Quba və Qusara qar yağdı

Yanvarın 10-dan başlayaraq, Quba və Qusar rayonlarının mərkəzinə qar yağıb. Rayon mərkəzlərinə 1 sm-ə qədər yağıntı düşüb. Şimal Regional Hidrometeorologiya mərkəzindən Lent.az-a verilən məlumata görə, temperatur mənfi 2 dərəcəyə düşüb. Dağlıq ərazilərdə qarın hündürlüyü 4-5 sm-ə çatıb.

Ən çox yağıntı Qubanın Şahdüzü ərazisinə düşüb.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar