Güclü qar yağacaq
11 yanvar 2011 08:00 (UTC +04:00)

Güclü qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 11-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimal olunur. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar