Milli Onkologiya Mərkəzinə direktor müavini və baş həkim təyin olundu
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi vəzifəsinə təyin olunmuş şəxslərin adları açıqlanıb.
Milli Onkologiya Mərkəzinin baş direktorun müavini vəzifəsinə Quliyev Fuad Ədalət oğlu, baş həkimi vəzifəsinə isə Əbdürrəhimov Azad Ramiz oğlu təyin olunublar.
Qeyd edək ki, Fuad Quliyev 2009-cu ildən Milli Onkologiya Mərkəzinin Onkologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Avropa Urologiya Assosiasiyasının üzvüdür, Tibb elmləri namizədidir.
Azad Əbdürrəhimov 2005-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Gəmiçiliyində tibbi işlər üzrə şöbənin rəisi vəzifəsində və Mərkəzi Dənizçilər Xəstəxanasının icraçı direktor vəzifəsində çalışıb, 2009-cu ildən Milli Onkologiya Mərkəzində baş həkimin müavini vəzifəsini icra edir.
İclasda digər məsələlərdə müzakirə olunub.

1393