Azərbaycanda naməlum dövlətə aid arxeoloji materiallar aşkarlandı
07 yanvar 2011 16:58 (UTC +04:00)

Azərbaycanda naməlum dövlətə aid arxeoloji materiallar aşkarlandı

Oğuz rayonunun Kərimli kəndində eramızdan əvvəl II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar edilib.

Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz ekspedisiyasının rəhbəri Nəsib Muxtarov deyib ki, Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb.

O bildirib ki, Kərimli kəndindəki 2 saylı kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə, yəni 2 saylı Kurqanda dəfn eramızdan əvvəl II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir.

Qeyd edək ki, Kərimli kəndində təxminən 3 hektar ərazidə, 14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında “Hökmdar məzarlığı”, rəsmi sənədlərdə isə “Qazı yeri” adlanır.
Ərazidə arxeoloji tədqiqatlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar