Yuxarı sinif şagirdlərinin məktəbli forması seçildi – EKSKLÜZİV
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində vahid məktəbli formasının seçimində yekun qərarını elan edib.
İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, I-IV siniflər üçün forma müəyyənləşdirilmişdi. Onun sözlərinə görə, hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərin 90 faizdən çoxu məktəbə bu geyimdə gəlir: “Biz elan etmişdik ki, 2011/2012-ci tədris ili V-XI sinif şagirdləri üçün də vahid məktəbli geyiminə keçid ili olacaq. Artıq məktəbli formasının seçim prosesi başa çatıb”.
Zəminə Əliqızı deyib ki, vahid məktəbli formasının seçimi prosesində Valideyn-müəllim Assosiasiyası da iştirak edib. Onun sözlərinə görə, yekun qərar belə olub ki, I-VI sinif şagirdlərinin vahid məktəbli forması bir, VII-XI sinif şagirdlərinin isə geyimi başqa cür olsun.
Beləliklə, Bakının orta ümumtəhsil məktəbləri üçün 2 növdə vahid məktəbli geyimi müəyyənləşib. Bunlardan biri I-VI, digəri isə VII-XI sinif şagirdləri üçün nəzərdə tutulur. Zəminə Əliqızı deyib ki, VII-XI sinif şagirdləri üçün vahid məktəbli geyimi forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçiriləcək mətbuat konfransında nümayiş etdiriləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
22 iyul 2025 , 18:19
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq
22 iyul 2025 , 17:33
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55