Kəsiləcək qoyun və keçilər üçün məcburi standart tələblər müəyyənləşdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Standartları İnstitutunun təqdim etdiyi bir neçə dövlət standartını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “AZS 397-2010” “İstilik elektrik stansiyaları və yarımstansiyalarının texnoloji parametrlərinin ölçülmə xətalarının normaları” standartı texnoloji proseslərin operativ nəzarəti və idarə edilməsi üçün tətbiq olunan əsas texnoloji proseslərin ölçülmə sistemlərinə şamil edilir.
Eləcə də istilik elektrik stansiyalarının energetika avadanlıqlarının, qazturbin qurğularının, istilik və elektrik şəbəkələrinin istilik qənaətliliyinin planlaşdırılması, normalaşdırılması və hesabatlarının tərtib edilməsində tətbiq olunur və avadanlıqların stasionar iş rejimində bu parametrlərin ölçülmə xətalarının normalarını təyin edir.
“AZS 409-2010” “Süd və süd emalı məhsulları. Termin və təriflər” standartı süd və süd emalı məhsullarına aid əsas termin və tərifləri müəyyənləşdirir. Bu standartla müəyyən edilmiş terminlərin standartlaşmanın fəaliyyət sahəsinə daxil olan və ya bu fəaliyyətin nəticələrindən istifadə olunan bütün növ sənədlərdə tətbiqi tövsiyə olunur.
“AZS 437-2010” (QOST 25562-82) “Süni trikotaj xəz. Termin və təriflər” standartı elmdə, texnikada və istehsalatda tətbiq edilən astar ilgəyində xov əmələ gətirən liflərin dəstlərini toxumaq üsulu ilə alınan süni trikotaj xəz istehsalı sahəsinə aid olan termin və tərifləri müəyyənləşdirir. Standartda müəyyən edilmiş terminlər bütün növ sənədlərdə, elmi-texniki, tədris və lüğəti ədəbiyyatlarda tətbiq edilməsi vacibdir.
“AZS 440-2010” (CAC/GL 09-1987) “Yeyinti məhsullarına zəruri qida maddələrinin əlavə edilməsinin əsas prinsipləri” standartı yeyinti məhsullarına zəruri qida maddələrinin əlavə edilməsinin əsas prinsiplərini müəyyənləşdirir. Bu prinsiplər zəruri qida maddələri əlavə edilən bütün yeyinti məhsulları üçün nəzərdə tutulub. “AZS 441-2010” (QOST R 50380-92) “Balıq və balıq məhsulları. Termin və təriflər” standartı balıq sənayesində balıq məhsulları və balıq üçün istifadə edilən termin və tərifləri müəyyən edir. Bu standartla müəyyən edilən terminlərin standartlaşdırmanın fəaliyyət göstərdiyi və ya bu fəaliyyətin nəticələrinin istifadə olunduğu sahələrə daxil olan bütün növ sənədləşdirmə və ədəbiyyatlarda işlədilməsi məcburidir. “AZS 487-2010” “Kəsim üçün qoyun və keçilər. Texniki şərtlər” standartı kəsim üçün nəzərdə tutulmuş qoyun və keçilərə aid edilir. Bu standartın tələbləri məcburidir.
“AZS 489-2010” (QOST 22977-89) “Tikiş məmulatlarının detalları. Termin və təriflər” standartı məişət təyinatlı tikiş məmulatlarının əsas detallarının anlayışlarının termin və tərifləri müəyyənləşdirir. “AZS 490-2010” (QOST 27244-93) “Kimyəvi liflərin istehsalı. Termin və təriflər” isə standartı kimyəvi liflərin istehsalı sahəsində anlayışlara aid termin və tərifləri, həmçinin sənaye miqyasında hazırlanan kimyəvi liflərin növlərini təyin edir.

606