Abituriyentlər “ödəmə kartı” tapmır
Yanvarın 23-də keçiriləcək sınaq imtahanlarında iştirak etmək arzusunda olan 20-dək abituriyent Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşrlərinin satıldığı köşkün qarşısına toplaşıb.
Lent.az-ın məlumatına görə, abituriyentlər və onların valideynləri sınaq imtahanlarına yazılmaq üçün tələb olunan “ödəmə kartı” ala bilməməklərindən şikayətlənirlər. Abituriyentlər bildirirlər ki, bu gün nə poçt şöbələrində, nə də TQDK-nın qarşısındakı köşkdə “ödəmə kartı” var. Bu səbəbdən də onlar TQDK-dan kömək istəyirlər.
Xatırladaq ki, yanvarın 23-də keçiriləcək sınaq imtahanlarına yazılış dünəndən başlayıb. TQDK-nın elan etdiyi qaydalara əsasən, respublikanın 11 şəhər və rayonunda keçiriləcək imtahanlarda iştirak etmək istəyən abituriyentlər 3 manatlıq “ödəmə kartı”nı komissiyanın köşkündən və yerli poçt şöbələrindən nağd şəkildə almalıdır. Həmçinin, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Ancaq bəzi abituriyentlər və onların valideynləri “ödəmə kartı”nı əldə etməkdə xeyli çətinliklə üzləşib.
TQDK-nın nəşrlərinin satıldığı köşkün qarşısına toplaşan valideynlər Lent.az-ın əməkdaşına bildiriblər ki, onlar bu gün səhər saatlarından “ödəmə kartı” almaq məqsədilə bir neçə poçt şöbəsinə baş çəkiblər. Ancaq onlar orada “ödəmə kartı” tapmayıb. Zərifə Məhərrəmova adlı valideyn bildirir ki, bu gün Yasamal rayonu ərazisində 2 poçt şöbəsinə gedib. Lakin orada ona deyiblər ki, TQDK-nın satış məqsədilə onlara verdiyi “ödəmə kartı”nın hamısı artıq satılıb: “Orada mənə dedilər ki, poçt şöbələrini gəzməyə dəyməz. Çünki poçt şöbələrinə verilən “ödəmə kartı” çox az miqdarda olub və onların hamısı 2 gün ərzində satılıb. Ona görə gəldim bura, bura da saat 11.00-dək bağlı olub. Sonra dedilər ki, “ödəmə kartı” yoxdur”.
Sınaq imtahanlarında iştirak üçün “ödəmə kartı”nın olmadığını köşkün satıcısı da təsdiqləyib. Satıcının sözlərinə görə, nağd şəkildə satışa buraxılan “ödəmə kartı”nın 80 faizdən çoxu yerli poçt şöbələrinə verilib. Yerdə qalan 20 faiz isə yanvarın 5-də və 6-da satılıb qurtarıb: “Dünən günortayadək bizdə “ödəmə kartı” vardı. Ancaq axşama qədər onların hamısı satılıb qurtarıb”.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Lent.az-a bildirib ki, yanvarın 23-də keçiriləcək sınaq imtahanlarında iştirak üçün 31 min yer ayrılıb. Bunun 20 mini təkcə Bakı, 11 mini isə Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərindəki abituriyentlər üçün nəzərdə tutulub. Onun sözlərinə görə, fiziki formada, yəni nağd şəkildə satışa çıxarılan “ödəmə kartı”nın 90 faizi artıq satılıb. Elektron satış, yəni “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartlar vasitəsilə satış isə davam edir.
“Bizim fiziki formada əlavə “ödəmə kartı” dövriyyəyə buraxmaq fikrimiz yoxdur. Çünki “ödəmə kartı” sınaq imtahanlarının keçirilməsi üçün ayrılmış yerlərin sayına uyğun olaraq satışa buraxılıb. Amma kartların elektron satışı üçün ayrılmış kvota hələ dolmayıb və abituriyentlər valideynlərinin, yaxınlarının əməkhaqqı, yaxud pensiya kartları vasitəsilə TQDK-nın internet saytından istifadə etməklə bu imkanlardan yararlana bilər” – deyə, Elnur Nağızadə bildirib.
TQDK rəsmisi tələbatın böyük olduğunu nəzərə alaraq, sınaq imtahanlarının keçirilməsi üçün ayrılan yerlərin artırılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, çoxlu sayda abituriyentin eyni zamanda imtahana cəlb olunması, bu prosesin idarə edilməsi o qədər də asan başa gəlmir: “Biz kvotanı öz gücümüz daxilində müəyyənləşdiririk. Çünki biz imtahan prosesinin idarə olunmasını, təhlükəsizlik məsələlərini yalnız öz resurslarımızı və imkanlarımız hesabına təmin edirik. İndiki halda 31 mindən artıq abituriyentin eyni zamanda imtahana cəlb olunması keyfiyyətə, təhlükəsizliyə əlavə problemlər yarada bilər”.
Elnur Nağızadə sınaq imtahanlarında iştirak etmək arzusunda olan abituriyentləri və onların valideynlərini təmkinli olmağa çağırıb. Onun sözlərinə görə, sınaq imtahanları aprel ayından etibarən iyunun ortalarınadək müntəzəm olaraq keçiriləcək. Bu isə ali və orta ixtisas məktəblərinə hazırlaşan hər bir abituriyentin əvvəlcədən öz biliyini sınamaq üçün lazımi şərait yaradacaq.
Elxan SALAHOV

1388