Tibbi-sosial ekspert komissiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maliyyələşdirəcək
Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qərarda dəyişikliklər edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Zona tibbi-sosial ekspert” sözləri “Tibbi-sosial ekspert” sözləri ilə əvəzlənib.
Bundan sonra tibbi-sosial ekspert komissiyalarının maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait daxilində həyata keçiriləcək. Tibbi-sosial ekspert komissiyaları (TSEK) üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olacaq. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-lərdə bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur. Sənəddə “Zona TSEK” sözləri “TSEK” sözü ilə əvəzlənib.
Eyni zamanda Əsasnamədə “maddi-sosial” sözləri “tibbi-sosial” sözləri, “rayon (şəhər) Xalq Məhkəməsinə” sözləri “məhkəməyə” sözü ilə əvəz edilib.

1716