Həkimlərin imtahanının nəticələri bəllidir
07 yanvar 2011 11:15 (UTC +04:00)

Həkimlərin imtahanının nəticələri bəllidir

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiya prosesi üzrə yanvarın 5-də verdikləri ilk imtahanların nəticələri bəllidir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin gün mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak etmişdi. İmtahanlarda iştirak edən həkimlərin 92 faizi uğurlu nəticələr əldə edib.

Xatırladaq ki, imtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar