Böyük və Kiçik Qafqaz çaylarında sululuq artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 %-i), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70%-i) müşahidə olunduğunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 m3/san (ongünlük normanın 68,7 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 m3/san (ongünlük normanın 75,1 %-i ) təşkil edir.
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Kür çayının Surra məntəqəsində suyun hazırkı səviyyəsi 496 sm (21 may 2010-cu ildə maksimal səviyyə 955 sm), Şirvanda 385 sm (18 may 2010-cu ildə maksimal səviyyə 853 sm), Bankədə 301 sm (18 may 2010-cu ildə maksimal səviyyə 503 sm ), Salyanda 213 sm (18 may 2010-cu ildə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 266 sm (21 may 2010-cu ildə maksimal səviyyə 734 sm) təşkil edir.

650