BDU-da qış imtahan sessiyası başlayıb - FOTO
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, bu gündən BDU-nun əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-dək davam edəcək imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
Universitetin mətbuat və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, imtahan başlamazdan əvvəl fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Görüşdə rektor Abel Məhərrəmov qış imtahan sessiyasının təşkili barədə danışarkən dekanları, koordinator və rəhbər-koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu işlərə nəzarət isə Elektron Tədris Mərkəzi vasitəsilə aparılacaq.
Abel Məhərrəmov bildirib ki, Elektron Tədris Mərkəzi BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.
Universitetin tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev bugünkü imtahanların 5 fakültə, 38 auditoriyada aparılacağını bildirib. Prorektor da öz növbəsində imtahanların elektron və alternativ testlə, o cümlədən yazılı şəkildə – monitorinq üsulu ilə həyata keçiriləcəyini diqqətə çatdırıb. Vüsət Əfəndiyevin sözlərinə görə, monitorinq imtahanlarına 3, testlə keçiriləcək imtahanlara isə 2 saat vaxt veriləcək. Tələbələr qiymətlərini növbəti gün saat 13.00-da dekanlıqlardan öyrənə biləcəklər.
İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Abel Məhərrəmov fizika fakültəsinin Diferensial tənliklər, Riyazi-fizika üsulları, Praktik astrofizika, biologiya fakültəsinin isə torpaq eroziyası, etimologiya, fəlsəfə, onurğalılar zoologiyası və mərkəzi sinir sistemi fənlərindən imtahan verən II, III və IV kurs tələbələri ilə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
Yeri gəlmişkən, təhsil naziri Misir Mərdanov da ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə müvafiq əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyində "qaynar xətt" (Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: [email protected]) fəaliyyət göstərəcək. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Tapşırığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri təhsil ocaqlarında imtahan qərargahı yaradıblar. Qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə operativ məlumat verilməlidir. Rektorlar imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməli, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. Sessiya bitdikdən sonra isə rektorlar qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər.
Elxan SALAHOV

1679