Quş ovuna qoyulan qadağanın müddəti yenidən uzadılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində quş ovuna qoyulan bir aylıq müvəqqəti qadağanın müddəti 1 yanvar 2011-ci il tarixdən etibarən daha bir ay uzadılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1 dekabr 2010-cu il tarixində qonşu ölkələrdə “quş qripi” xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığından ölkə ərazisində quş ovuna 1 aylıq müvəqqəti qadağa qoyulub.
Ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən keçirilmiş monitorinqlər nəticəsində ölkə ərazisində “quş qripi” xəstəliyinə yoluxma halları aşkar olunmayıb. Lakin havaların nisbətən mülayim keçməsi səbəbindən Azərbaycana quşların miqrasiyası tam başa çatmayıb. Bu isə miqrasiya prosesi zamanı köçəri quşlar vasitəsilə xəstəliyin ölkəyə daxil olma ehtimalının hələ də aktual olduğunu göstərir.

Oxşar yazılar

Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
22 iyul 2025 , 18:19
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq
22 iyul 2025 , 17:33
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55