Bakıda 780 ibtidai sinif müəllimi yığma saatlarla işləyir - EKSKLÜZİV
Bakı şəhərindəki ümumtəhsil məktəblərində boş müəllim yerlərinin sayı dəqiqləşdirilərək Təhsil Nazirliyinə təqdim olunub. Hazırda paytaxtın bəzi məktəblərində çağırışaqədərki hərbi hazırlıq və bədən tərbiyəsi müəllimlərinə ehtiyac var.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev Lent.az-a bildirib ki, bədən tərbiyəsi müəllimlərinə ehtiyac əsasən, Bakının ucqar kənd məktəblərində, çağırışaqədərki hərbi hazırlıq fənni üzrə pedaqoqlara isə şəhərin bütün rayonlarında müşahidə olunur: “Hər halda, biz bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Nazirlik vakant yerlərlə bağlı məlumatları bir daha araşdıracaq və uyğun olanlar üçün müsabiqənin keçirilməsi üçün elan veriləcək”.
Dərs ilinin əvvəlində müəllimlərinin işə qəbulu ilə bağlı müsabiqə keçirildiyini xatırladan Bəhman Nəbiyev deyib ki, həmin müsabiqə nəticəsində məktəblərdə müəllimlərə olan ehtiyac ödənilib. Ancaq sonradan bəzi məktəblərdə yenidən vakant yerlər yaranıb. Həmçinin dərs ilinin əvvəlində bəzi məktəblər vakant müəllim vəzifələri ilə bağlı müraciət etmədiyindən həmin məktəblərdə də boş yerlər tutulmamış qalır. Ancaq onun fikrincə, həmin boş yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin keçirilib-keçirilməyəcəyi nazirliyin qərarından asılı olacaq.
“Əsas fikir ondan ibarətdir ki, boş müəllim vəzifələrinə tələbat mümkün qədər digər məktəblərdən köçürmə vasitəsilə ödənilsin. Bizim idarə 2006-cı ildə fəaliyyətə başlayandan ibtidai sinif müəllimlərinin sayı ibtidai siniflərin sayından xeyli çox idi. Həmin dövrdə 1400 müəllim yığma saatlar hesabına işləyirdi. Lakin bir məktəbdə olan ehtiyacı ödəmək üçün başqa məktəblərdən yığma saatlarla işləyən müəllimlərin köçürülməsi ilə bu problemi xeyli dərəcədə məhdudlaşdırmışıq. Hazırda Bakı məktəblərində belə müəllimlərin sayı 780 nəfərə enib” - deyə, Bəhman Nəbiyev bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

Mart ayı üçün sevgi ULDUZ FALI: Romantika vaxtıdır, daha çox ehtiras və...
3 mart 2025 , 00:02
Buraxılış imtahanı keçirildi - İmtahandan kənarlaşdırılanlar var
2 mart 2025 , 14:33
Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi - FOTO
2 mart 2025 , 12:50
Ramazan ayının ikinci gününün DUASI
2 mart 2025 , 12:49
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Qar yağacaq, yolları buz bağlayacaq - SABAHIN HAVASI
2 mart 2025 , 12:11