Ötən il DSMF-yə 50 minə yaxın müraciət daxil olub
2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ümumilikdə 49 614 müraciət ünvanlanıb. Sorğu və müraciətlərin 54 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, telefon məlumat xidmətinə daxil olan müraciətlərin 46 faizi qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Onun sözlərinə görə, il ərzində 190 saylı nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 47,6 faizi (12773) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,8 faizini (6909) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 26,6 faizi (7151) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Belə ki, suallar arasında sosial sığorta şəhadətnaməsinin əldə edilməsi üçün tələb olunan sənədlər, ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.
Elman Babayev deyir ki, müraciətlər arasında bilavasitə DSMF-nin səlahiyyətlərinə aid olmayan suallar da var. Ancaq onun sözlərinə görə, bu müraciətlərlə də bağlı vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub.
Xatırladaq ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videoçarx DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib. Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılır.
Elxan SALAHOV

654