Azərbaycan və Türkiyə gənclərinin 1-ci ideya yarmarkası başlayır
Əsas məqsədi Azərbaycan və Türkiyə gənclərinin birgə təşəbbüs və ideyalarının reallaşmasına maddi və texniki dəstək vermək, birgə əməkdaşlığı təşviq etmək olan yarmarkada Azərbaycan Respublikası ərazisində yaşayan, təhsil alan və ya işləyən, yaşı 18-dən 29-dək olan gənclərdən ibarət qruplar iştirak edə biləcək.
Mərkəzin Türk Bölməsinin məsul əməkdaşı Sercan Yurtun verdiyi məlumata əsasən 1 fevral 2011-ci il tarixdə keçirilməsi nəzərdə tutulan yarmarka üçün ideyalar 25 gün müddətində qəbul ediləcək.
Qeyd edək ki, hər bir gənclər qrupu özünə simvolik ad seçməklə, həmin ad altında yarmarkaya qatılacaq.
Yarmarkaya təqdim edilən ideyalar mədəniyyət, sosial inkişaf, təhsil, maarifçilik, sağlamlığın qorunması, gənclər arasında sahibkarlığın inkişafı, gənclərin İKT bacarıqları, incəsənət və musiqinin təbliği, Azərbaycan və Türkiyə gəncləri arasında əməkdaşlıq imkanlarının artırılması və s. sahələri əhatə etməlidir.
Təqdim olunmuş layihələr yarmarkaya çıxarılaraq, 1 gün ərzində ictimaiyyətin, KİV-lərin və müvafiq dövlət qurumlarının diqqətinə çatdırılacaq. Yarmarka təqdimat və sərgi formatında keçiriləcək ki, gələn bütün qonaqların fikirləri öyrənilsin.
Dövlət və biznes qurumlarından, KİV və QHT nümayəndələrindən ibarət qiymətləndirmə komissiyasının kollegial qərarına əsasən yarmarkanın ən yaxşı 3 layihəsi maliyyələşdiriləcək.
Yarmarkanın şərtləri və qaydaları, eləcə də ideyaların hazırlanması ilə bağlı sualları cavablandırmaq üçün Mərkəz əvvəldən xəbərdarlıq etmək şərti ilə məlumat sessiyaları da təşkil edəcəkdir.

835