Abituriyentlərin sınağı başlayır
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirəcəyi sınaq imtahanlarına yazılış başlayır.
TQDK-dan Lent.az-a verilən məlumata görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə yanvarın 23-də keçiriləcək sınaq imtahanları 11 şəhər və rayonda təşkil olunacaq. Sınaq imtahanlarında ilk dəfə açıq testlər tətbiq olunacaq. İmtahanların keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
Komissiyada bildirirlər ki, sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək mümkün olacaq.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək.
Elxan SALAHOV

1644