Bakıda türkiyəli tələbələr üçün şəhərcik salınacaq
Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə bu barədə YURTKUR-un (Yüksək Öyrətim Kredit və Yurdlar Qrumu) direktoru Həsən Albayrak bildirib.
O, türkiyəli tələbələrin çox olduğu ölkələrdə həmin şəxslər üçün xüsusi tələbə şəhərciklərini yaradacaqlarını bildirib: “Artıq bu məqsədlə baş nazir Rəcəb Tayyip Ərdoğanla məsləhətləşmişəm və ondan icazə almışıq”.
H.Albayrak həmçinin bildirib ki, həmin şəhərciklərdə yaşayacaq tələbələrin xərcləri kredit sistemi ilə ödəniləcək. Bu zaman həmin tələbələrin əvəzinə onların doğmaları və ya xərci öz üzərinə götürmüş təşkilatlar pulu “Ziraat” bankındakı hesaba keçirə bilərlər.
İlk olaraq türkiyəli tələbələrin daha sıx olduğu yerlərdə şəhərciklər salınacaq.
O, qeyd edib ki, hazırda ən çox türk tələbənin təhsil aldığı xarici ölkə Azərbaycandır. 2009-2010-cu təhsil ili üçün Azərbaycanda 4294, ABŞ-da 4098, Bolqarıstanda 2858, Almaniyada 2612, İngiltərədə 847, Avstriyada isə 451 türkiyəli tələbə təhsil alıb.

589