Hava küləkli olacaq
06 yanvar 2011 08:00 (UTC +04:00)

Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında az yağıntılı olacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar