Həkimlər imtahan verir
05 yanvar 2011 13:52 (UTC +04:00)

Həkimlər imtahan verir

Bu gündən etibarən həkimlərin sertifikasiyasına start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həkimlərin sertifikasiyası məqsədilə keçirilən ilk test imtahanı bu gün saat 11.00-da başlayıb. Test imtahanları nazirliyin Tibbi Kitabxanasının binasında (Şərifzadə küçəsi-196 ünvanda) keçirilir. İlk test imtahanları mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilir və imtahan 3 saat davam edəcək.

Xatırladaq ki, Səhiyyə Nazirliyi həkimlərə kömək məqsədilə test imtahanların əvvəl tibb işçilərin üçün sınaq imtahanları da təşkil edir. Sertifikasiyaya dair sınaq imtahanları yanvarın 13-ü və 14-də Revmotologiya, Mikrobiologiya, Neyrocərrahiyyə və Stomatologiya ixtisasları üzrə keçiriləcək. Sınaq imtahanlarında öz ixtisasına uyğun olaraq, könüllü iştirak etmək istəyən tibb işçiləri yanvarın 10-dək qeydiyyatdan keçməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar