Yanvarda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, orta hesabla temperatur iqlim normasına yaxın olacaq. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-4 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2-7 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr 7-12, bəzi günlərdə 18-23 dərəcə şaxta olacaq. Gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-25 mm) olacaq.
Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6, bəzi günlərdə 13-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, ayın sonunda temperatur 8-10 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayılda havanın orta aylıq temperaturunun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə şaxta olacaq.
Gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 3 dərəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5, bəzi günlərdə 13-18 dərəcə şaxta olacaq. Gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 22-49 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.
Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta olacaq. Gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 17-30 mm) olacaq.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 1-4 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 63-98 mm) olacaq.

Oxşar yazılar

Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56