Dərin Özüllər Zavodunda təcili-tibbi yardım şöbəsi açıldı - FOTO
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazisində yeni yaradılmış təcili-tibbi yardım şöbəsinin açılışı olub. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və şirkət rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər.
Reanimasiya, müşahidə, müayinə, prosedur və qeydiyyat otaqlarından ibarət Təcili Tibbi Yardım bölməsi müasir beynəlxalq standartlara cavab verən tibbi avadanlıqlar - kardiomonitor, süni tənəffüs aparatı, defibriliyator (ürək üçün) və elektrokardioqramma ilə təmin edilib. Bölmənin sərəncamına verilmiş təcili tibbi yardım maşını isə süni tənəffüs aparatı, sorma aparatı, müxtəlif cihazlar, nəqliyyat üçün lövhələr, habelə bütün zəruri tibbi dərman və ləvazimatlarla təchiz olunub.
Bölmədə “Tohsiba” firmasının istehsalı olan rentgen laboratoriyası və hemotoloji, urinoloji, biokimyəvi analizatorlarla təmin olunmuş ekspress laboratoriya fəaliyyət göstərəcək. 8 həkim və 6 tibb bacısından ibarət tibbi heyət ən çətin şəraitdə belə mühüm və operativ tibb xidməti göstərə biləcək. Qarşıdakı illərdə bu cür tibbi bölmələrin ARDNŞ-in digər idarə və müəssisələrində də açılacağı bildirilib.

1460