Azərbaycanda qadın polislərin sayı arta bilər
Milli Məclisin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında bəzi qanunlara əlavə və dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, dəyişikliklərdən biri Vergi Məcəlləsinə aiddir. Belə ki, Məcəllənin 102-ci maddəsinə edilən dəyişikliklə hakimlər gəlir vergisindən azad olunublar.
“Daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasnaməyə edilən əlavələrə isə qadın polis əməkdaşlarının sosial hüquqlarının təmin edilməsi ilə bağlıdır. Həmin əlavəyə əsasən, qadın polis əməkdaşı hamiləliyə və doğuşa görə ödənişli, uşağın üç yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququna malikdir.
Əsasnaməyə edilən əlavədə qeyd olunur ki, qadın polis əməkdaşlarına hamiləlik və doğuşa görə məzuniyyətlər müvafiq tibb müəssisələrinin arayışı əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü müddətində verilir. Qadın polis əməkdaşına qismən ödənişli sosial məzuniyyət öz arzusu ilə tam və ya müəyyən müddətə hissələrə bölünməklə verilə bilər. Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın polis əməkdaşları öz arzusu ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən əvvəl, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir.
Bu dəyişiklik qadın polislərin sosial hüquqlarını təmin etməklə yanaşı zərif polis orqanlarında çalışan zərif cinsin nümayəndələrinin sayının artırılmasına xidmət etməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45
Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02