İİN əhalini hədiyyə alarkən diqqətli olmağa çağırdı
Yeni il hədiyyələri ilə bağlı monitorinqlər davam etdirilir. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Xətai rayonunda Gəncə prospekti, 2942-ci məhəllədə yerləşən “Everest market”də, M.Hadi küçəsi, 41 ünvanındakı “Hermes market”də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Gənclik küçəsi ilə D.Bünyadzadə küçəsinin kəsişməsində yerləşən “Halal market”də, B.S.Zeynallı küçəsi, ev 25B ünvanındakı “Sizin market’də ümumi çəkisi 30 kiloqramdan artıq olan 54 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkarlanıb.
Bu hədiyyələr satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.

Oxşar yazılar

Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45
Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02