Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi keçirib –
APA-nın məlumatına görə, dekabrın 29-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak edib, qızları Leyla və Arzu ilə birlikdə uşaqların sevincini bölüşüb. M. Əliyeva və qızları uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdiriblər. Şənlik iştirakçıları arasında qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balacalar əksəriyyət təşkil edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını uşaqlarla bir yerdə qeyd etməsindən, prezident İlham Əliyev və M. Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərilib.
Sonra saraya gələn Şaxta baba “sehrli çubuğu” ilə yolkanı işıqlandırıb.
Tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram tədbirini daha da şənləndiriblər.
M. Əliyeva çıxış edərək hamını Yeni il münasibətilə təbrik edib: “Çox şadam ki, bu il də Yeni ili, Yeni il sevincini sizinlə birlikdə paylaşırıq. Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc görürəm. Arzum odur ki, hər zaman siz belə gülərüz, belə xoşbəxt olasınız. Yeni il bütün başqa bayramlardan fərqli bir bayramdır. Uşaqların ən sevimli bayramıdır. Mənim də ən sevimli bayramlarımdan biridir. Adətən, Yeni ili insanlar ən yaxın doğmaları, ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq, mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik. Prezident İlham Əliyev də sizə təbriklərini, salamlarını və məhəbbətini çatdırır. Bu gün Azərbaycanda sizin üçün bütün şərait yaradılıb. Ümidvaram ki, dərslərinizi yaxşı oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam böyüyəcəksiniz və valideynlərinizi, bizi, böyüklərinizi hər zaman uğurlarınızla sevindirəcəksiniz. Bu günlər bütün dünyada uşaqlar Yeni il bayramını qeyd edirlər. Biz də Heydər Əliyev Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm sarayı belə gözəl bəzədik, sizi bura dəvət etdik. Ümidvaram ki, siz bu şənlikdən razı qaldınız, sevinc hiss etdiniz. Yeni il bayramının bir özəlliyi də var. Adətən, insanlar Yeni il gecəsi ürəyində bir arzu tutur. Mənim arzum odur ki, ürəyinizdə olan bütün istəklər gerçəkləşsin, Yeni ildə həyata keçsin. Bir daha hamınızı səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar və xoşbəxtlik arzulayıram”.
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya M. Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür ediblər. Şənliyin sonunda hər bir uşağa Heydər Əliyev Fondunun Yeni il hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Fondun Yeni il şənliklərində ümumilikdə 2 minədək uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulur.

1805