Milli Məclisdə tikinti şirkətlərinin vətəndaşları aldatmasından danışılıb
Milli Məclisin bugünkü iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı şəhərində bəzi tikinti şirkətlərinin sakinləri aldatmasından danışıb.
Lent.az-ın verdiyi məlumata görə, Qüdrət Həsənquliyev deyib ki, bəzi şirkətlər insanları aldadaraq onlardan pul alıb, əvəzində isə eyni evi bir neçə nəfərə satıb. Millət vəkili onlarla vətəndaşın “Mur-Ay” şirkəti tərəfindən aldadıldığı barədə ona müraciət etdiyini bildirib. Həmin şirkət bir mənzili 13 və daha artıq vətəndaşa sataraq, onların hər birindən pul alıb: “Bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti mənzillərin istismara qəbulu məsələsində daha diqqətli olmalı, nöqsanlara görə cavabdehliyi üzərinə götürməlidir”.
Qüdrət Həsənquliyev Milli Məclisin sədri Oqtay Əsədova bu məsələni şəxsən öz nəzarətinə götürməyi xahiş edib: “Son illər təkcə “Mur-Ay” deyil, digər şirkətlərin də müştərilərini müxtəlif vasitələrlə aldatması artıq ənənə halını alıb. Bu, çoxlu sayda insanın mülkiyyət və vətəndaşlıq hüquqlarının pozulmasına gətirib çıxarır”.
Oqtay Əsədov də təəssüflə qeyd edib ki, bu cür problemlər mövcuddur. O qeyd edib ki, tikinti şirkətləri müştəriləri aldatmaqla yanaşı, həm də mənzilləri təmir etmədən müştərilərə satır: “Bu da ciddi qanun pozuntusudur”.
Milli Məclis sədri bu məsələdə vətəndaşların özlərində də günah olduğunu dilə gətirib: “Heç kəs pis olmaq istəmir, hər kəs ümumi narazılıqlardan danışır. Amma əslində həm şirkətin, həm də yarımçıq binalardan mənzil alan vətəndaşların bu məsələdə müəyyən qədər günahı var. Hər bir halda bu məsələ araşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti də mənzillərin istismara qəbulu məsələlərinə ciddi yanaşmalıdır”.
Elxan Salahov

740