Kürdəxanı və Pirşağıda qanunsuz qum daşınması faktı aşkarlanıb
30 dekabr 2010 12:26 (UTC +04:00)

Kürdəxanı və Pirşağıda qanunsuz qum daşınması faktı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir qrup vətəndaş tərəfindən Kürdəxanı bağ sahələrindən qumun daşınaraq, bitki örtüyünün məhv edilməsi ilə bağlı daxil olmuş şikayət ərizələri Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları massivində “Kamaz” markalı AZ 58 BA 633 dövlət nömrə nişanlı, “HOVVO” markalı AZ 90-639 dövlət nömrə nişanlı, “ZİL” markalı AZ 20 AC 333 dövlət nömrə nişanlı, Pirşağı qəsəbəsinin Xəzər dənizi sahilində “Kamaz” markalı AZ 58 BA 630 dövlət nömrə nişanlı və “OAMKZ” markalı avtomobillər vasitəsilə qum daşınması faktları aşkarlanıb və təqsirkarlar barəsində akt və protokol tərtib edilib.


Keçirilən növbəti reyd zamanı Pirşağı qəsəbəsinin sahil zonasında və “Qızılqum” sanatoriyası ilə Xəzər dənizi arası ərazidə yükləyicilər tərəfindən dövlət nömrə nişanı olmayan yük maşınlarına qum yüklənməsi faktı müəyyənləşdirilərək sənədləşdirilib. Təbiətə vurulmuş ziyana görə cavabdeh şəxslər inzibati qaydada 3600 manat məbləğində cərimələnib, fiziki şəxslərə qarşı isə ümumilikdə 3130 manat məbləğində iddia qaldırılıb.


Bu ərazilərdən qum daşınmasının qarşısının alınması istiqamətində birgə tədbirlərin keçirilməsi məqsədilə ETSN tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar