Unudulmaqda olan sənət nümunələri təbliğ edilir
“Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi (QMKQ İB) işğal olunmuş bölgələrdən olan qadınların əməyinin stimullaşdırılması üçün layihə həyata keçirib.
İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihənin məqsədi unudulmaqda olan sənət nümunələrinin təbliğ edilməsidir. Belə ki, məişət səviyyəsində toxuma, tikmə, naxışvurma, zərif əl işləmələri, xalçaçılıq və sair tətbiqi sənət növlərini yaşatmaq üçün işğal olunmuş bölgələrdən olan qadınlar layihəyə cəlb olunub.
Goranboy və Göygöl rayonları ərazisində məskunlaşan ahıl qaçqın və məcburi köçkün qadınlara milli xüsusiyyətləri özündə əks etdirən, etnik çalarlarla zəngin sənət növlərini gənc nəslə ötürə bilmələri üçün təlimlər keçilib, onlara bu işi davam etdirmək həvəsi aşılanıb. Layihəyə cəlb edilən qaçqın və məcburi köçkün qadınlara məişət səviyyəsində toxuma, tikmə, naxışvurma kimi əl əməyi ilə məşğul ola bilmələri üçün istehsal avadanlıqları verilib. Daha sonra onların hazırladıqları əl işləri toplanıb. Üç ay davam edən layihə ahıl qaçqın və məcburi köçkün qadınların cəmiyyətdən təcrid olunmasına yol verməməyə, onları müvəqqəti əməyə cəlb etməyə, təcrübələrinin ictimaiyyət üçün gərəkli olduğuna inandırmağa, bu insanların təşəbbüslərini dəstəkləməyə, milli dekorativ sənət nümunələrinin təbliğinə xidmət edib.
Bundan başqa, 55 yaşdan yuxarı xeyli qaçqın və məcburi köçkün qadın müvəqqəti əməyə cəlb edilməklə müəyyən maddi gəlir də qazanıblar. Artıq layihəni yekunlaşdıran “Ayna” QMKQ İB toplanan hazır əl işlərinin sərgi-satışını təşkil edəcək.
Elxan SALAHOV

1133