Kiyevdə azərbaycanlı uşaqlar bayram şənliyi keçiriblər
29 dekabr 2010 14:57 (UTC +04:00)

Kiyevdə azərbaycanlı uşaqlar bayram şənliyi keçiriblər

Lent.az-ın məlumatına görə, məktəbdə təhsil alan azərbaycanlı uşaqlar əvvəlcə Azərbaycanın dövlət himnini oxuyublar. Sonra onlar konsert proqramı ilə qonaqlar qarşısında çıxış ediblər. Azərbaycanlı məktəblilər qonaqları özlərinin hazırladıqları bayram süfrəsinə də dəvət ediblər. Bayram şənliyinin təşkilatçısı, “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Kiyevdə təhsil alan azərbaycanlı uşaqların keçirəcəyi digər tədbirlərə də daima maddi və mənəvi dəstək olacağını söyləyib. Tədbirin sonunda Şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar