Misir Mərdanovdan iranlı ruhaniyə cavab
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının ruhanisi, ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Nazir deyib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir: “Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”.
Qeyd edək ki, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycandakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı açıqlamasında Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunmasının vacibliyini vurğulayıb: “Əhali dinc yollarla İslama zidd göstəriş və qərara qarşı müqavimət göstərsin və bu müsəlman ölkəsində İslam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin. Qeyrətli Azərbaycan əhalisi düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitsinlər. Mən lazım və vacib olanı bəyan etdim”.

Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12