Hava kəskin pisləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 13-16, axşam 8-10 dərəcə isti olacaq.
Dekabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.
Dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, axşama doğru havanın dəyişiləcəyi, tutqun keçəcəyi, ötən günlərə nisbətən temperaturun düşəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 6-9 dərəcə isti, günün birinci yarısında 11-13, axşama doğru 9 dərəcəyədək isti olacaq.
2011-ci il yanvarın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 5-7, axşama doğru 3 dərəcəyədək isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 30-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-16, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.
Dekabrın 31-də günün ikinci yarısında respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, yağıntılı olacağı, 2011-ci il yanvarın 1-də yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə, yanvarın 1-də 5-8 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-10, yanvarın 1-də 3-6 dərəcə isti olacaq.

735