Rayonlara yağış yağacaq
29 dekabr 2010 10:06 (UTC +04:00)

Rayonlara yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

Cənub-qərb, cənub küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 13-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar