QHT-lər üçün ictimaiyyətlə əlaqələr üzrə peşəkar kadrlar hazırlanıb
28 dekabr 2010 20:02 (UTC +04:00)

QHT-lər üçün ictimaiyyətlə əlaqələr üzrə peşəkar kadrlar hazırlanıb

Lent.az-ın verdiyi məlumata görə, mətbuat konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin birgə maliyyə dəstəyi ilə “İctimaiyyətlə əlaqələr (PR) üzrə QHT kadrlarının hazırlanması üçün təkmilləşdirmə kurslarının təşkili” layihəsinin yekunlarına həsr edilib.

Layihənin koordinatoru Əli Quliyev deyib ki, məqsəd QHT-lərin ictimai əlaqələr üzrə peşəkar kadrlarla təmin edilməsinə yardım göstərməkdir. Əsasən son illərdə yaradılmış 23 QHT-nin fəaliyyətinin effektiv tənzimlənməsinə yardım göstərilib. Bu QHT-lərin təmsilçiləri ictimai əlaqələr üzrə peşəkar kadrların hazırlanması ilə bağlı təlimlərə cəlb olunublar.

Nəzəri və praktiki bilik və bacarıqları öyrədən 16 təlim, eyni zamanda beynəlxalq səviyyədə tanınmış və geniş iş təcrübəsinə malik yerli QHT strukturlarının ictimaiyyətlə əlaqələr sahəsindəki iş təcrübəsinin öyrədilməsi üzrə 7 məşğələ keçirilib. Layihə üzrə təkmilləşdirmə kursunu bitirmiş müdavimlərə müvafiq sertifikatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar