“Zaman - ömürdür keçər”
28 dekabr 2010 16:50 (UTC +04:00)

“Zaman - ömürdür keçər”

Bu gün Bakıda Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Penitensiar xidmətin müəssisələrində cəza çəkən məhkumların şeirlərindən ibarət “Zaman - ömürdür keçər” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, geniş ictimaiyyətin, hüquq-mühafizə və digər dövlət orqanlarının nümayəndələri, Ədliyyə Nazirliyinin məsul şəxsləri, habelə qısamüddətli məzuniyyətlər verilmiş şeirlərin müəllifləri olan bir qrup məhkum və onların ailə üzvləri iştirak ediblər.


Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov tədbirin İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2006-cı ildə qəbul olunduğu məhz bu tarixi gündə keçirilməsinin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu söyləyib.


Çıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin, söz və mətbuat azadlığının təmin olunduğunu vurğulayıblar. Müasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub.



Sonra məhkumların törətdiyi cinayət əməllərinə görə keçirdikləri peşmançılıq hisslərini, azadlığa qovuşmaq istəklərini əks etdirən şeirləri dinlənilib. Tədbirin sonunda məhkumlara hədiyyələr təqdim edilib. Kitabın təqdimat mərasimində iştirak edənlər penitensiar sistemdə islahatlara həsr olunmuş xüsusi stend və nazirliyin nəşrləri ilə də tanış olub, məhkumların əl işlərindən ibarət guşəyə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar