Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin kollegiya iclası olub
28 dekabr 2010 15:27 (UTC +04:00)

Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin kollegiya iclası olub

Lent.az-ın məlumatına görə, geniş kollegiya iclasında respublikamızın sosial-siyasi həyatında qazanılmış uğurlar xatırladılıb. Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl aparılan müdrik din siyasətinin nəticəsi kimi dəyərləndirilib.


Komitənin sədri Hidayət Orucov hesabat ilində respublikamızda keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirərək qeyd edib ki, həmin beynəlxalq tədbir ölkə prezidenti İlham Əliyevin dəstəyi ilə keçirilib.


Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir.



Tədbir iştirakçıları yeni ildə qarşıda duran vəzifələr barədə də fikir və təkliflərini bildiriblər.


Hidayət Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar