İnternat məktəbində Yeni İl tədbiri
Təşkilatdan Lent.az-a verilən məlumata görə, proqram Ümidli Gələcək Gənclər Təşkilatı ilə əməkdaşlıqda, Avropa Birliyi və “Statoil” şirkətinin dəstəyi ilə həyata keçirilib.
Proqram müəssisələrdə dəstək xidmətini genişləndirməklə və müvafiq dövlət strukturları ilə özəl sektorun bu sahədə olan iştirakını artırmaqla 14-18 yaşlı gəncləri əhatə edir. Proqram ictimaiyyətdə məlumatlılıq səviyyəsinin artırılması kampaniyaları, icma tədbirləri, həyat bacarıqlarının öyrədilməsi və s. tədbirlər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan, diqqət və qayğıdan kənarda qalan gəncləri əhatə edərək onlara yardım əli uzadır.
Bu məqsədlə “Save the Children” və Ümidli Gələcək Gənclər Təşkilatı proqram çərçivəsində 2010-cu il dekabrın 27-də Bilgəh qəsəbəsi 11 saylı xüsusi internat məktəbində “Yeni ilə Yeni Həyat Bacrıqları ilə” adlı icma tədbiri təşkil ediblər.
Tədbirdə Avropa Birliyi və “Statoil” şirkətinin nümayəndələri, proqramı icra edən təşkilatların nümayəndələri, dövlət müəssisələrinin rəhbərləri və digərləri iştirak ediblər.

964