Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri təsdiqləndi - SİYAHI
20 dekabr 2010 12:58 (UTC +04:00)

Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri təsdiqləndi - SİYAHI

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin sayına qoyulan maksimal həddən asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya sistemlərini müəyyən edir.

Aşağıdakı İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması tələb olunmur:
- Müəyyən olunmuş qaydada adsızlaşdırılmış, yaxud subyekt tərəfindən açıq elan olunmuş və ya subyektin razılığı ilə onun barəsində açıqlanmış fərdi məlumatların toplandığı və işlənildiyi, ümumi istifadə üçün yaradılmış İnformasiya Sistemləri;

- Milli arxiv fondu haqqında qanunvericiliyə uyğun olaraq arxivləşdirilmiş fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri;

- Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) toplandığı və işlənildiyi ümumi istifadəli İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

- İctimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərtilə aparılan İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;


- Dövlət və ya yerli özünüidarə orqanlarının İnformasiya Sistemləri (qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı dövlət və ya yerli özünüidarə orqanlarına təqdim edilən fərdi məlumatların toplanması və işlənilməsi həmin orqanlar tərəfindən həyata keçirildikdə) üçün - tərkibində 1000-dən az subyekt barədə məlumat olan İnformasiya Sistemləri;

- Elmi və statistik tədqiqat məqsədləri üçün mütləq qaydada adsızlaşdırılmış və dövlət sirri təşkil etməyən fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

- Subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olan fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar