Xızıda sahibkarlara güzəştli kredit verilib
21 dekabr 2010 16:26 (UTC +04:00)

Xızıda sahibkarlara güzəştli kredit verilib

Bu bölgədə fəaliyyət göstərən 12 sahibkarlıq subyekti ümumilikdə 165 min manat güzəştli kredit alıb

2010-cu ilin ötən dövrü ərzində 1399 sahibkara 113,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması nəticəsində 5500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu fikir Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Xızıda keçirdiyi seminarda səsləndirilib. "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə bildirilib ki, bu il ərzində SKMF tərəfindən verilən kreditlərin 99,8 faizi regionlarının payına düşür.

Xatırladaq ki, bu gün Xızıda keçirilən seminarda bölgədə fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl SKMF-nin vəsaitləri hesabına güzəştli kredit almış Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə baxış keçirilib.

Bundan başqa, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xızı və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 165 min manat güzəştli kredit verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar