Dəmir yolu reyslərinə bilet qıtlığı yaranıb
Mövcud qaydalara görə, bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında dekabrın 30-na qatarlara bilet satışına başlanılıb və artıq bir neçə saat ərzində biletlərin hamısı satılıb. Hazırda vağzalın kassaları qarşısında növbə yaranıb.
”Azərbaycan Dəmir Yollar”» QSC-nin mətbuat katibi Nadir Əzməmmədov “APA-ECONOMICS”ə bildirib ki, biletlərin belə sürətlə satılması bayramqabağı sərnişinlərin sayının kəskin artması və yeni kompüter sistemi vasitəsilə bilet satışının eyni zamanda ölkənin bütün ərazisində həyata keçirilməsi ilə bağlıdır: “Hazırda biletlər eyni vaxtda 50 kassadan satılır. Bilet satışının səhər saat 07:00-dən başladığını və tələbatın böyük olduğunu nəzərə alanda, biletlərin belə sürətlə satılması təbiidir”.
Bilet tapa bilməyənlərin narazılığına gəlincə, mətbuat katibinin sözlərinə görə, bu proses elektron sistemdə aparılır və narazılığı olanlar satış prosesini idarədə özləri də izləyə bilərlər.
Yeni İl bayramı ərəfəsində ölkə daxilində dəmiryolu ilə səfər edən sərnişinlərin sayının adətən 2 dəfəyədək artaraq adi günlərdəki 3 min nəfərdən 5-6 min nəfərə çatdığını deyən N.Azməmmədovun sözlərinə görə, həmin günlər sərnişinlərin artan tələbatını ödəmək üçün dekabrın 27-dən etibarən dəmiryolu qatarlarına 20-dək əlavə vaqonların qoşulması nəzərdə tutulub. Ənənəvi olaraq ən böyük sərnişin sıxlığının müşahidə olunduğu dekabrın 29-30-da isə qatarlara əlavə 30 vaqon qoşulacaq. Vaqonlar sərnişin sıxlığının daha çox hiss olunduğu istiqamətlərə, xüsusən ölkənin Qərbinə – Bakı-Böyük Kəsiq istiqamətinə gedən qatarlara qoşulacaq: “Bu proses yanvarın 6-dək - gedən sərnişinlər geri qayıdanadək davam edəcək”.
Onun sözlərinə görə, bu gün bilet tapa bilməyənlər qatarlara qoşulan əlavə vaqonlara bilet ala bilərlər, amma əlavə vaqonlara biletlər qatar yola düşən gün satılacaq.

697