Anomal hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, yaxın günlər ərzində də havanın temperaturu iqlim normasından 5-6 dərəcə yüksək olacaq. Əksər rayonlarda hava yağmursuz keçəcək. Lakin bəzi rayonlarda külək istiqamətini dəyişərək şimal-şərq küləyinə keçəcək və Xəzər dənizi boyu rayonlara dənizdən bir qədər rütubətli hava kütlələri daxil olacaq. Bununla əlaqədar dekabrın 21-i səhər və axşam saatlarında, dekabrın 21-dən 22-nə keçən gecə bəzi Xəzər sahili boyu rayonlarında qısamüddətli yağışın yağacağı ehtimal edilir. Yağışın yağmasına baxmayaraq, havanın temperaturu düşməyəcək.
Dekabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 12-14, axşam 8-10 dərəcə isti olacaq.
Dekabrın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.
Dekabrın 22-də havanın buludlu olacağı, gecə və səhər az yağış yağacağı ehtimalı var. Gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.
Dekabrın 23-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 9-11, gündüz 14-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 21-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 2-7, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.
Dekabrın 22-23-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxşar yazılar

İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43
Sabah 24 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ
1 mart 2025 , 12:41