3 qəzet, 1 sayta xəbərdarlıq edildi
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyinə salınmış 5 məsələnin hər biri ayrıca müzakirə olunub.
Mətbuat Şurasından Lent.az-a bildiriblər ki, iclasda əvvəlcə qurumun 2010-cu ildə gördüyü işlərə dair hesabatının hazırlanması ətrafında fikir mübadilələri aparılıb. Şura sədri Əflatun Amaşov başa çatmaqda olan ilin rəhbərlik etdiyi qurumun və bütövlükdə ölkə mediasının həyatında əlamətdar hadisələrlə yadda qaldığını deyib. Amaşov bu sırada Milli Mətbuatımızın 135 illik yubileyi ilə bağlı düzənlənən kompleks tədbirləri, mətbuatın iqtisadi cəhətdən inkişafına, jurnalist əməyinin qiymətləndirilməsinə, kütləvi informasiya vasitələri təmsilçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn işləri xatırladıb. O, bütün bunların Mətbuat Şurasının il ərzində səmərəli fəaliyyətinə, media və ictimaiyyət arasında münasibətlərin tənzimlənməsinə təsir etdiyini deyib.
İdarə Heyətinin üzvlərinin çıxışlarında hesabatda görülən işlərin istiqamətlər üzrə qruplaşdırılaraq təsnifatının verilməsi, ilin sonunadək müzakirəsinin təşkili, yekunda isə kitab şəklində nəşr edilərək KİV-lərə və ictimaiyyətə çatdırılması təklifləri yer alıb. Təkliflər yekdilliklə qəbul olunub.
Daha sonra Şuranın komissiyalarının təqdim etdikləri rəylərə baxılıb. İdarə Heyəti “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təkliflərinin əsas götürərək “Alma” və “Qanun və şah” qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqbul hesab edib. Şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında “Bölgəxəbər” internet saytına ilkin, “Polit alyans” qəzetinə isə sonuncu xəbərdarlıq edilməsi barədə qərarlar çıxarılıb. Qəbul edilən digər qərarlarda “Azadlıq”, “Milli qəhrəmanlar zirvəsi” və “Müasir zaman” qəzetlərində etik prinsiplərin bir sıra tələblərinə sayğısızlıq göstərildiyi ifadəsini tapıb.
İclasda adları Mətbuat Şurasının “qara siyahı”sında yer alan qəzetlərin Şuraya ünvanladıqları müraciətlərə də münasibət bildirilib. Qərara alınıb ki, müraciətlərin araşdırılması İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi apellyasiya qrupuna həvalə edilsin. Həmin mətbu nəşrlərin adlarının siyahıdan çıxarılmasına nə dərəcədə əsaslar olduğu müəyyənləşdirilsin və bununla əlaqədar təkliflər İdarə Heyətinə verilsin.
İclasda “Kür” İnformasiya Agentliyi Mətbuat Şurasının sıralarına qəbul edilib.

767