Hava isti və küləkli olacaq
22 dekabr 2010 16:14 (UTC +04:00)

Hava isti və küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcəyi, əsasən dağlıq rayonlarda arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-4, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar