Bayramda işıqlarımız sönməyəcək
Qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramında da ara günlərə nisbətən elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, hər hansı çətinliklərin yaranması gözlənilmir.
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu bayram günlərində də respublikamızda enerji təchizatı müəssisələrin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilmələri üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Bayram günlərində tələbatın artmasına baxmayaraq (dispetçer qrafikinə əsasən gündəlik istehlaka uyğun istehsal dinamikasının müqayisəsi, hava şəraiti və s nəzərə alınmaqla), respublikada elektrik enerjisi ilə təminatda problem olmayacaq. İstehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. Tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün regional elektrik şəbəkəsi müəssisələri dekabr ayının 27-dən gücləndirilmiş iş rejiminə keçəcəklər.
“Azərenerji” ASC istehlakçılardan xahiş edir ki, yarana biləcək hər hansı bir problemlər haqqında “186-Qaynar xətt”ə məlumat versinlər. Yaranmış qüsurun təşkil edilmiş operativ qruplar vasitəsilə dərhal aradan qaldırılması mümkün olacaq.

499