“Azərbaycan tarixi yenidən yazılacaq”
“Azərbaycan tarixi yenidən yazılacaq. Hazırda buna hazırlıq işləri aparılır”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, tarixə yeni təfəkkürlə və müasir dövrün tələblərinə uyğun baxılacaq: “Biz ingilis, rus və öz dilimizdə 3 cildlik Azərbaycan tarixi kitabı yaradırıq. Çünki bunun əsasında gələcək nəsillər üçün bir konsepsiya müəyyənləşməlidir”.
Y. Mahmudov bəyan edib ki, tarixçilər Azərbaycan tarixində indiyə qədər nəşr olunan əsərlərdə yol verilmiş təhrifləri, saxtakarlıqları aradan qaldıracaq və Azərbaycanın tarixini yeniləşdirəcəklər: “Tarix ən qədim zamanlardan indiyə qədər olan dövrü əhatə edəcək. Bu tarixdə Azərbaycan bütöv şəkildə təqdim olunacaq. Azərbaycanı indiyə qədər Arazdan şimaldakı Azərbaycan kimi təqdim ediblər. Biz isə Azərbaycanın bütün tarixini - cənubi, şimalı, Dərbəndi, Borçalını, ümumiyyətlə, bütün Azərbaycanın tarixini əhatə edəcəyik”.
Y. Mahmudovun sözlərinə görə, hazırda bu prosesə hazırlıq məqsədilə dünyanın bütün yerlərindən sənədlər toplanır. Bu sənədlər toplandıqdan sonra işə başlanacaq: “Güman edirəm ki, bu işlərin ümumiləşdirilməsi üçün təxminən 4-5 il tələb olunacaq. Biz 4-5 ilə Azərbaycanın yeni tarixini yaradacağıq”.

397