“Məcburi köçkünlərin məskunlaşdığı evlər sahiblərinə qaytarılacaq”
23 dekabr 2010 12:12 (UTC +04:00)

“Məcburi köçkünlərin məskunlaşdığı evlər sahiblərinə qaytarılacaq”

Onlar başqa yaşayış yerləri ilə təmin ediləəcək


“1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Azərbaycan ərazilərindən məcburi qaydada köçə məruz qalan azərbaycanlıların paytaxtda, o cümlədən digər şəhərlərdə məskunlaşdığı 16 mənzil sahibinə qaytarılıb və bu proses davam edəcək. Bu məsələ dövlətin nəzarətindədir. Hesab edirik ki, məcburi köçkünləri başqa yaşayış yerləri ilə təmin edəcəyik və mənzilləri sahiblərinə qaytaracağıq”.


APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

Ə. Həsənov bildirib ki, Sumqayıt, Gəncə və digər şəhərlərdə 6 minə qədər məcburi köçkün ailəsi məskunlaşıb: “İşğal zaman məcburi köçkünlər sahibsiz evlərdə yerləşiblər. Mən bunu mənzillərin zəbt olunması adlandıra bilmərəm. Çünki o zamankı hakimiyyət zəhmət çəkib köçkünlərin məskunlaşması prosesini idarə etməli idi. Ona görə də insanlar məcburiyyət qarşısında qalaraq, bacardıqları kimi məskunlaşıblar”.

Ə. Həsənov qeyd edib ki, bu məsələ hazırda çox aktuallaşıb və problemin həlli istiqamətində dövlət zəruri addımlarını atmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar